6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Xarici futbol

Salahı Trabzonda 25 min azarkeş qarşıladı

Misir millisinin hücumçusu Məhəmməd Salah “Trabzonspor”a keçidini rəsmiləşdirdikdən sonra Trabzonda möhtəşəm şəkildə qarşılanıb.

Futbolxeber.az saytının məlumatına görə, özəl təyyarə ilə Trabzon hava limanına gələn ulduz futbolçunu 25 minə yaxın azarkeş qarşılayıb.

“Bordo-mavililər”in fanatları məşəllər yandıraraq Salahı alqışlarla və şüarlarla salamlayıblar.

Salah əvvəllər belə qarşılanma görmədiyini bildirib: “Əvvəlcə deyim ki, burada olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Açığı, nə qədər təəccübləndiyimi və nə qədər sevindiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çünki burada 25 min nəfər var. İnanın, əvvəllər belə qarşılanmanı gördüyümü xatırlamıram”.

Misirli futbolçu klubun uğurları üçün əlindən gələni edəcəyini də vurğulayıb: “Burada olduğum üçün çox xoşbəxtəm. Həm çempionatda, həm də Avropada uğur qazanmaq üçün çox çalışacağıq. Çıxış etdiyim bütün klublarda uğurlar əldə etmişəm. Həmişə uğurlu futbolçu olmuşam. Burada da vəzifəm bunu davam etdirmək olacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30