7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Xarici futbol

Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”

Kiyev “Dinamo”sunun futbolçusu Roman Salenko UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, “Ukrainskiy futbol” nəşrinə danışan yarımmüdafiəçi Ağdam təmsilçisinin ötən mövsümkü çıxışına da toxunub:

“Bilirəm ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşmışdı və səhv etmirəmsə, 2:2 hesablı heç-heçə etmişdi. “Qarabağ” çox keyfiyyətli futbol nümayiş etdirir. Onlar güclü və çətin rəqibdir. Amma biz onları keçməliyik”.

Xatırladaq ki, “Qarabağ” və “Dinamo” arasında ilk oyun avqustun 6-da Polşada, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30