28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Xarici futbol

ÇSKA-nın baş məşqçisi: “Qələbəyə baxmayaraq, zəif oynadıq”

“Qarabağ”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi ÇSKA-nın (Sofiya) baş məşqçisi Xristo Yanev Bolqarıstan çempionatında "Botev" (Plovdiv) üzərində 3:2 hesablı qələbə haqda danışıb.

Ftubolxeber.az saytının corner.dir.bg-yə istinadən verdiyi məlumata görə, o, rəqibi təbrik edib və qalib gəlmələrinə baxmayaraq, ÇSKA-nın zəif çıxış etdiyini deyib:

"Botev"i yaxşı oyununa görə təbrik edirəm. Bu gün zəif oynadıq. Matça mümkün olan ən pis şəkildə başladıq. Nə aqressiya, nə topa sahib olma, nə də özünəinam var idi. Fasilədə etdiyimiz iki dəyişiklikdən sonra ikinci hissəyə bir qədər yaxşı başladıq. Amma bu, hamımızın görmək istədiyi ÇSKA deyil. Azarkeşləri sevindirəcək səviyyədə oyun sərgiləmədik".

Yanev daxili çempionatda xal itkisinin komanda üçün ciddi problem yaradacağını vurğulayıb: "Avrokubok oyunları bizim üçün vacibdir. Amma bu, daxili çempionatı ikinci plana atmalı olduğumuz mənasına gəlmir. Çünki xal itkisi sonradan liderlərə yaxın olmağımızı çətinləşdirəcək".

Baş məşqçi heyətdə hər mövqe üzrə seçim imkanlarının olduğunu da qeyd edib: "Hər mövqedə alternativimiz var. Meydana çıxan futbolçular ilk növbədə özlərinin, sonra klubun maraqlarını müdafiə etməlidirlər. Mən onların hər birinə güvənirəm. Üç çox gözəl qol vurduq, ikinci hissədə rəqib üzərində böyük təzyiq yaratdıq. Amma 45 dəqiqəlik oyunla kifayətlənə bilmərik".

Qeyd edək ki, "Qarabağ" və ÇSKA arasında Bakıdakı ilk görüş 0:0 hesabı ilə yekunlaşıb. Bu komandaların cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31