23 Iyul 2026, Cümə axşamı
"Zirə" Estoniya səfərində
"Qarabağ" ÇSKA-nı qəbul edir
“Neftçi” “Dinamo”ya uduzdu
"Kəpəz"də portuqaliyalı hücumçu

Xarici futbol

"Neftçi"yə qalib gəldilər, Belarus futbolunda ilkə imza atdılar

Minsk "Dinamo"su avrokuboklarda Belarus futbolu adına nadir uğurlardan birinə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Belarusun football.by portalı yazıb.

Komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib. Aleksandr Şaqoykonun baş məşqçisi olduğu kollektiv görüşün 2-ci və 8-ci dəqiqələrində iki top buraxaraq 0:2 hesabı ilə geriyə düşsə də, yekunda qələbə qazanmağı bacarıb.

Beləliklə, Minsk təmsilçisi avrokubok matçında ilk 10 dəqiqədə iki top geri düşməsinə baxmayaraq, qalib gələn ilk Belarus klubu olub.

Buna qədər Belarusun daha üç klubu avrokuboklarda ilk 10 dəqiqədə iki qol buraxmışdı. Lakin "Dnepr" (Moqilyov) 1995-ci ildə "Kann"la 2:2 hesablı heç-heçə edib, "Minsk" 2013-cü ildə "Standard"a 1:3, BATE isə 2018-ci ildə "Çelsi"yə 1:3 hesabı ilə uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31