14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Xarici futbol

Braziliya millisinin rekord seriyası davam edir

Braziliya millisi DÇ-2026-nın 1/16 finalında Yaponiya millisi üzərində qələbə qazanıb - 2:1.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu qələbə sayəsində cənubi amerikalılar uğurlu seriyasını davam etdirib.

Belə ki, Braziliya millisi ardıcıl 23-cü dəfə iştirak etdiyi dünya çempionatında 23-cü dəfə ən yaxşı 16 komanda sırasına yüksəlib.

Tarixi ərzində “sambaçılar” yalnız iki dəfə mundialın 1/8 finalında uduzub. Komanda 1934-cü ildə İspaniyaya (1:3), 1990-cı ildə isə Argentinaya (0:1) uduzaraq 1/4 finaldan kənarda qalıb.

Xatırladaq ki, Braziliya millisi 5 dəfə dünya çempionu olub (1958, 1962, 1970, 1994, 2002), 2 dəfə finalda uduzub (1950, 1998), 2 dəfə isə bürünc medal (1938, 1978) qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30