5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Xarici futbol

İslandiya klubu “Qarabağ”la oyuna görə azarkeşlərə müraciət etdi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Vestri” azarkeşlərinə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, İslandiya klubunun sosial media hesabı vasitəsi ilə yaydığı müraciət fanatların Bakıya mümkün səfəri ilə bağlıdır.

Müraciətdə bildirilib:

“Bakıya getməyə hazırsınız?

“Vestri” klubu Azərbaycandakı Avropa kuboku oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır.

Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 - 3500 manat - red.) olacağı gözlənilir.

Şərhlərdə fikrinizi yazın, sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik”.

Qeyd edək ki, “Qarabağ”la “Vestri” arasında ilk oyun iyulun 9-u Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30