7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Xarici futbol

Cəlal Hüseynovdan növbəti qol

Bolqarıstan çempionatında Konfrans Liqası qrupunun 35-ci turunun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” doğma meydanda “Lokomotiv” (Plovdiv) klubunu 4:0 hesabı ilə məğlub edib.

Hüseynov görüşə start heyətində çıxıb və sonadək meydanda olub. O, 51-ci dəqiqədə komandasının 4-cü qolunu vurub. Müdafiəçi 48-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu, Cəlal Hüseynovun ardıcıl iki oyunda vurduğu üçüncü qol olub. O, bundan əvvəl komandasının “Botev”ə qalib gəldiyi (2:0) matçda komandasının hər iki qolunu vurub.

Beləliklə, bu, onun cari Bolqarıstan çempionatında 3-cü qoludur.

Hazırda “Arda” 51 xalla ümumi turnir cədvəlində 7-ci, çempionatın Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan qrupunda isə 3-cü pillədə qərarlaşıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31