25 Sentyabr 2026, Cümə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Xarici futbol

"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək

"Qalatasaray"ın futbolçusu Noa Lanq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la keçirilən cavab oyununda ciddi zədə alıb.

Futbolxeber.az saytının məlumatına görə, matçın gedişatında 26 yaşlı niderlandlı futbolçunun əli meydançanın kənarında quraşdırılan reklam tablosuna dəyib və barmağı dərin kəsilib. Nəticədə o, əvəzlənməli olub. Klubun açıqlamasına görə, oyunçu əməliyyat ediləcək.

Hadisədən sonra “Qalatasaray” UEFA-ya rəsmi şikayət edib. Klubun baş katibi Eray Yazqan bildirib ki, məsələ ilə bağlı quruma müraciət olunub və təzminat tələbi irəli sürüləcək.

“Matçdan sonra UEFA nümayəndələrinə şikayət etdik. Onlar da araşdırma apardılar. Məsələni UEFA qiymətləndirəcək. Hüquqşünaslarla işləyirik və təzminat tələb edəcəyik”, – deyə Yazqan vurğulayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30