22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Xarici futbol

ABŞ-nin Bakıdakı səfirliyi DÇ-2026-ya bileti olan şəxslər üçün görüş təşkil edəcək

ABŞ-nin Azərbaycandakı səfirliyi 2026-cı il futbol üzrə dünya çempionatına biletləri olan şəxslərin viza müsahibəsinə prioritet qeydiyyat həyata keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər - ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz", - səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Meksika və Kanadanın 16 şəhərində keçiriləcək. Matçların əksəriyyəti ABŞ-də oynanılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30