29 Aprel 2026, Çərşənbə
"Sumqayıt"ın yubiley qələbəsi
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”

Xarici futbol

“Atletik”in futbolçusu: “Qarabağ”ın 6 xal yığması məni təəccübləndirmir”

"Atletik”in yarımmüdafiəçisi Mikel Xaureqisar “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü turunun oyunu barədə fikirlərini bildirib.

Futbolxeber.az saytının AS-a istinadən verdiyi məlumata görə, 21 yaşlı futbolçu oktyabrın 22-də “San Mames” stadionunda təşkil olunacaq matç haqda danışarkən Ağdam klubu barədə müsbət fikirlər səsləndirib.

O, bu qarşılaşmanı “final olmasa da, çox vacib” adlandırıb: “Komandamızı istəkli və motivasiyalı görürəm. Artıq Çempionlar Liqasında üç xal qazanmağın vaxtıdır. “Qarabağ” hazırda çox yaxşı formadadır, bu, çətin olacaq”, - deyə o qeyd edib.

Mikel Azərbaycan təmsilçisinin altı xalla liderlər qrupunda olmasının onu təəccübləndirmədiyini də vurğulayıb: “Bu, məni təəccübləndirmir. Çempionlar Liqasına heç bir komanda təsadüfən düşməyib. Onların yaxşı oyunçuları var və 2 oyundan altı mümkün xalı qazanıblar. Biz öz azarkeşlərimizin qarşısında oynayacağıq. Çətin matç olacağını gözləyirəm, amma oyuna nəzarəti ələ alıb üç xal qazana bilərik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30