7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Xarici futbol

Azərbaycanlı qadın hakimə UEFA-dan təyinat

Azərbaycanlı beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) - “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq. Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. Sevda Nuriyeva yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.

Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31