20 Aprel 2026, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi
“Neftçi” U-15 Liqasının çempionudur

Xarici futbol

“Liverpul”un futbolçusu avtomobil qəzasında həlak oldu

Portuqaliya millisinin və “Liverpul”un futbolçusu Dieqo Jota vəfat edib.

Futbolxeber.az saytının “Marca”ya istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu avtomobil qəzasına həlak olub. Jota İspaniyanın qərbindəki Samora əyalətində qəzaya uğrayıb. Onunla birgə avtomobildə olan qardaşı da həyatını itirib.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Liverpul”a qədər “Pasuş de Fereyra”, “Portu”, “Atletiko”, “Vulverhempton”da forma geyib. 2020-ci ildə “Liverpul”a transfer olunan Jota bu klubun heyətində İngiltərə Premyer Liqasının, İngiltərə kubokunun və Liqa kubokunun qalibi olub. Portuqaliya millisi ilə birgə isə mərhum futbolçu 2 dəfə UEFA Millətlər Liqasında çempionluq sevinci yaşayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30