14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Xarici futbol

“Neftçi” və “Qarabağ”ın futbolçuları qələbəyə sevindi

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç, eləcə də “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu komanda öz meydanında Cəbəllütariqlə qarşılaşıb.

Monteneqronun 3:1 hesabı ilə qalib gəldiyi oyunda Yankoviç və Veşoviç start heyətdə yer alıb, Kuç isə 59-cu dəqiqədə meydana çıxıb.

67-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan Yankoviç 3 dəqiqə sonra məhsuldar ötürmə müəllifi olub. “Qarabağ”ın yarımmüdafiəçisinin ötürməsindən sonra Marko Tuçi fərqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30