12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Xarici futbol

Millimizin rəqibləri: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibləri olan Portuqaliya, Çexiya və Şotlandiya milliləri dünən yoxlama oyunu keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, öz meydanında Rumıniya ilə qarşılaşan Portuqaliya 0:1 hesabı ilə uduzub.

Səfərdə İspaniya ilə üz-üzə gələn Çexiya 2:2-lik heç-heçəyə nail olub. Çexlərin heyətində Daniel Fila 2 dəqiqəyə dubl edib.

Mursiyada İrlandiya ilə qarşılaşan Şotlandiya isə rəqbini 2 cavabsız qolla üstələyib. Şotlandların heyətində Bobbi Vales və Jude Bonnar fərqlənib.

Qeyd edək ki, seçmə mərhələnin B qrupunda millimizin rəqibləri Portuqaliya, Çexiya, Şotlandiya ilə yanaşı, Bolqarıstan və Cəbəllütariq U-21 yığmalarıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31