5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

“Qarabağ”ın sabiq qapıçısı üçün 1 milyon avro

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Yunanıstanın  "Panserraikos" klubunda çıxış edən Luka Quqeşaşvilinin mövsümün sonunda komandasını dəyişəcəyi haqda xəbər vermişdik. Gürcüstan millisinin üzvü yeni mövsümdən Yunanıstanın köklü klublarından olan PAOK-da çıxış edəcək.

Futbolxeber.az saytının Yunanıstanın BMG nəşrinə istinadən verdiyi məlumata görə, artıq 25 yaşlı qolkiper üçün təzminat məbləği də ödənilib. Saloniki təmsilçisinin gürcü qapıçı üçün onun hazırkı klubuna 1 milyon avro təzminat ödədiyi bildirilib.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib. Bu mövsüm Yunanıstan Superliqasında 25 oyun keçirən Luka 5 matçda qapısını toxunulmaz saxlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31