25 Yanvar 2026, Bazar günü
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Xarici futbol

Lunyov avrokuboklar üçün darıxır

Moskva "Dinamo"sunun futbolçusu Andrey Lunyov avrokuboklar üçün darıxdığını bildirib.

Futbolxeber.az-ın məlumatına görə. 33 yaşlı qapıçı Rusiyanın "Sport24" saytına açıqlamasında deyib:

“Hər kəs kimi, mən də avrokuboklar üçün darıxıram. Ümid edirəm ki, yaxın gələcəkdə bizi geri qaytarmağa başlayacaqlar. Buna hazırıq, ya yox - həmin zaman görəcəyik. Bu haqda danışmaq qəribədir. Oyunlar olsaydı, o zaman nəsə danışa bilərdik. Amma biz yenə də futbol oynayırıq - bizi qaytarana qədər bu işi atmamışıq".

Qeyd edək ki, FİFA və UEFA-nın qərarına əsasən, bütün Rusiya klubları və yığma komandaları beynəlxalq turnirlərdən uzaqlaşdırılıb. Buna səbəb 2022-ci ildə başlayan Ukrayna - Rusiya  müharibəsidir

Xatırladaq ki, Andrey Lunyov ötən mövsüm "Qarabağ"ın heyətində Avropa Liqasının oyunlarında iştirak edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31