6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

“Qarabağ”ın rəqibi qələbəni əldən verdi

Rumıniya çempionatında 20-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “Farul Konstanta”nın qonağı olub. Matç 1:1 hesabı ilə yekunlaşıb.

 “Qarabağ”ın rəqibi 19-cu dəqiqədə Darius Olarunun qolu ilə hesabda önə keçsə də, sona 12 dəqiqə qalmış qapısında qol görməklə qələbəni əldən verib.

Bu heç-heçədən sonra FCSB xallarının sayını 34-ə çatdırmaqla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Buxarest təmsilçisi lider “Universitatya Kluj”dan 2, ikinci pillədəki “Dinamo”dan 1 xal geri qalır.  

Qeyd edək ki, FCSB  "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31