24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

Kökçü komandasına penalti qazandırdı

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu İsveç təmsilçisi "Djurqarden"lə yoxlama oyunu keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, 40 dəqiqəlik 3 hissənin oynanıldığı görüş HİK-in məğlubiyyəti ilə yekunlaşıb - 1:6.
 
Meydana start heyətində daxil olan Kökçü 65-ci dəqiqədə komandası 1:0 öndə olarkən əvəzlənib.
 
HİK yeganə qolu 51-ci dəqiqədə penaltidən vurub. Komandasına penalti qazandıran isə Kökçü olub. 
 
Matçın 65-ci dəqiqəsindən sonra HİK-də bütün meydan oyunçuları əvəzlənib və az oyun şansı qazanan futbolçulara şans verilib.
 
Qeyd edək ki, HİK Finlandiya çempionatında 45 xalla 3-cü pillədə qərarlaşıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31