14 Iyul 2026, Çərşənbə axşamı
DÇ-2026-da yarımfinal cütləri
Qadın güləşçimizdən tarixi uğur
DÇ-2026: İspaniya yarımfinalda
"Neftçi"dən böyük hesablı qələbə

Xarici futbol

Rusiya millisi üçün daha bir rəqib

Rusiya və Suriya milliləri yoxlama oyununda üz-üzə gələcəklər.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş noyabrın 19-da “Volqoqrad Arena”da keçiriləcək. Matç yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 20:30) start götürəcək.

Hazırda Rusiya millisi FİFA reytinqində 34-cü, Suriya isə 93-cü yerdədir.

Bu, Rusiya millisinin 2024-cü ildə 5-ci yoxlama matçı olacaq. Martda Valeri Karpinin komandası Serbiyaya (4:0), iyunda Belorusiyaya (4:0), sentyabrda isə Vyetnama (3:0) qalib gəlib. Noyabrın 15-də isə Rusiya yığması Krasnodarda Bruney millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, 2022-ci ilin fevral ayından FİFA və UEFA-nın qərarı ilə bütün Rusiya milliləri və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31