6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

Coşqun - Renat qarşıdurmasında kim sevindi?

Türkiyə birinci liqasında 7-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi “Bandırmaspor” öz meydanında yığmamızın hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Ankaragücü” ilə qarşılaşıb.

Matç “Bandırmaspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Coşqun Diniyev 84-cü dəqiqədə Hikmet Çiftçi ilə əvəzlənib.

Renat Dadaşov isə 59-cu dəqiqədə Ali Kaan Günerenin əvəzinə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Bu qələbə sayəsində qələbəsiz oyunlar seriyasına son qoyan Coşqun Diniyevin komandası xallarının sayını 11-ə artırmaqla turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Ankaragücü” isə 9 xalla 14-cü pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31