9 May 2025, Cümə
"Qəbələ" və "Difai" qələbə qazandı
AFFA bu klublara lisenziya verdi
34-cü turun hakim təyinatları
II Liqada 24-cü tura yekun vurulub

Xarici futbol

Sabiq "Qalatasaray"lı Qətərə yollandı

 

Avstraliya millisinin sabiq futbolçusu Harri Kyuell karyerasını bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, Kyuell bundan sonra karyerasını Qətərdə davam etdirəcək. O bu ölkənin "Əl-Qərəfə" klubu ilə rəsmi müqavilə imzalayıb. Hazırda turnir cədvəlində altıncı pillədə qərarlaşan "Əl-Qərəfə" klubu Kyuellə başqa bir avstraliyalı futbolçu Marko Breşianonun  əvəzləyicisi gözüylə baxır. Xatırladaq ki, ciddi zədə alan Breşiano bir neçə aylıq sıradan çıxıb.

Kyuel sonuncu dəfə vətənində çıxış edib. Təcrübəli futbolçu ötən ilin dekabrında "Melburn Viktori"dən ayrılmışdı və 3 ay idi ki, klubsuz idi.

Əlavə edək ki, Kyuell 2008-2011-ci illərdə "Qalatasaray"ın da şərəfini qoruyub. "Cim-Bom"un heyətində o meydana çıxdığı 63 oyunda 23 qol vurmağa müvəffəq olmuşdu. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31