15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Xarici futbol

Niderland millisinin qapıçısı Avropa çempionatının rekordçusu oldu

Avro-2024-ün ikinci turu çərçivəsində Fransaya qarşı keçirilən oyun (0:0) Niderland millisinin qapıçısı Bart Verbryuqqen üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, fransızlarla görüşdə qapısını toxunulmaz saxlayan gənc qolkiper rekord imza atıb. Belə ki, Verbryuqqen Avropa çempionatları tarixində 90 dəqiqə ərzində qapısında qol görməyən ən gənc qapıçı olub. Dünən Fransaya qarşı keçirilən matç zamanı 21 yaş 307 günlüyündə olan Bart Verbryuqqen qapısına vurulan hər 3 zərbəni dəf edib.

Qeyd edək ki, əvvəlki rekord Petr Çexa məxsus idi. Çex qapıçı Avro-2004 zamanı 22 il 38 günlüyündə Danimarka ilə matçda qapısını qolsuz saxlaya bilmişdi.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31