7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Xarici futbol

Harri Keyn Danimarka ilə oyundan danışdı

İngiltərə milli komandasının kapitanı Harri Keyn Avro-2024-ün ikinci turu çərçivəsində Danimarkaya qarşı keçirilən oyunu (1:1) şərh edib. 
 
Futbolxeber.az saytının BBC Sport-a istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu bildirib ki, komandası öz oyununu daha da yaxşılaşdıra bilər: 
 
“Turnirin startından öncə biz deyirdik ki, heç bir oyun asan keçməyəcək. Düşünürəm ki, Danimarka ilə matçda buna şahidlik etdik. Topla və topsuz oyunumuzu daha da yaxşılaşdıra bilərik. Biz qrupda liderik, lakin daha da yaxşısını bacararıq. Ola bilər ki, bugünkü nəticə İngiltərədə müəyyən söz-söhbətlərə və narazılıqlara yol açsın. Ötən Avropa çempionatında Şotlandiya ilə heç-heçədən sonra da eyni halla üzləşmişdik. Biz addım-addım pik formamıza çatacağıq”. 
 
Qeyd edək ki, 2 turdan sonra 4 xalı olan İngiltərə millisi qrupdakı son oyununda Sloveniya ilə üz-üzə gələcək. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31