8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Xarici futbol

Eriksen Kyaerə çatdı

Avro-2024-ün qrup mərhələsinin ikinci turu çərçivəsində İngiltərəyə qarşı keçirilən oyun Danimarka millisinin kapitanı Kristian Eriksen üçün əlamətdar olub. 
 
Futbolxeber.az saytının məlumatına görə, 1:1 hesabı ilə yekunlaşan görüşdə Eriksen 132-ci dəfə milli formanı geyib. Bununla da 32 yaşlı yarımmüdafiəçi Danimarka yığmasının tarixində ən çox oyun keçirən Simon Kyaerə çatıb. Avropa çempionatı üçün heyətə daxil edilsə də, geridə qalan 2 matçda Kyaer meydana çıxmayıb. Odur ki, artıq növbəti turda Eriksen Danimarka millisinin heyətində ən çox oyun keçirən futbolçu ola bilər. 
 
Xatırladaq ki, Danimarka millisi Avro-2024-ün qrup mərhələsinin son turunda iyunun 25-də Serbiya ilə üz-üzə gələcək. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31