9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 5-ci tur oyununa çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, komanda öz meydanında “Malmö”nü qəbul edib. Son 2 matçda olduğu kimi, bu dəfə də Musanın adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Qurbanlının yoxluğunda komandası ardıcıl ikinci dəfə uduzub. 
 
83-cü dəqiqədə Tokmac Nquenin qırmızı vərəqə alması ilə meydanda azlıqda qalan "Yurqorden" 90+4-cü dəqiqədə qapısında qol görüb. Erik Botheim "Malmö"yə 3 xal qazandırıb. 
 
Qeyd edək ki, "Yurqorden" hazırda turnir cədvəlində 7 xalla 7-ci pillədə qərarlaşıb. “Malmö” isə 15 xalla vahid liderdir. 
 
 
 
 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31