5 Noyabr 2025, Çərşənbə
Qurbanov BBC-yə danışdı
"Çelsi" Bakıya bu heyətlə gəldi
“Qarabağ” “Çelsi”ni qəbul edir
Ayın qolunun qalibi mükafatlandırıldı

Xarici futbol

“Azərbaycanla oyunda meydana çıxa bilərəm”

"Düşünürəm ki, Azərbaycan və Estoniyaya qarşı matçlarda meydana çıxa bilərəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu Belçika millisinin qapıçısı Kun Kastels AVRO-2024-ün seçmə mərhələ oyunları ilə bağlı açıqlamasında deyib.

Yığmanın əsas üzvü Tibo Kurtuanın əvəzinə komandaya cəlb olunan 31 yaşlı qolkiper həmkarının zədələnməsi ilə bağlı danışıb: "Aylarla kənarda oturmağın nə olduğunu bilirəm. Belə olan halda bütün mövsüm dumanlar içində qalır".

Almaniyanın “Volfsburq” klubunun oyunçusu millinin baş məşqçisi Domeniko Tedesko haqqında da fikirlərini bölüşüb: "O, Bundesliqada işlədiyi üçün məni Roberto Martinesdən daha yaxşı tanıyır".

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan yığmasının qonağı olacaq Belçika kollektivi üç gün sonra Estoniyanı qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30