25 Iyun 2026, Cümə axşamı
Renaldo Sefas rəsmən “Qarabağ”da
Rövlan "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətov “Səbail”də
“Neftçi”dən üçüncü transfer

Xarici futbol

Cerrard Maneni “Əl-İttifaq”da görmək istəyir

“Bavariya”nın hücumçusu Sadio Mane karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolxeber.az saytının “Bild”ə istinadən verdiyi məlumata görə, “Əl-Nəsr” və “Əl-İttifaq” 31 yaşlı futbolçunun xidmətində maraqlıdı.

“Əl-İttifaq”ın yeni baş məşqçisi Stiven Cerrard Sadio Mane ilə yaxşı tanışdı. İngilis mütəxəssis seneqallı forvardı yeni iş yerində yanında görmək istəyir.  

Həm “Əl-Nəsr”, həm də “Əl-İttifaq” Mane üçün “Bavariya”ya kompensasiya ödəməklə yanaşı, futbolçunun özünə də yüksək məvacib ödəməyə hazırdı. Keçidin reallaşması futbolçunun istəyidən asılıdı.

Qeyd edək ki, son mövsüm Mane 38 matçda 12 qol, 6 məhsuldar ötürçə ilə yadda qalıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30