4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

Əliyar Ağayevin idarə etdiyi oyunda İngiltərə sevindi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında İngiltərə - Almaniya oyununu idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunun 3-cü turu çərçivəsində, "Batumi Arena"da keçirilən görüş İngiltərənin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 4-cü dəqiqədə Kris Arçer açıb. İngiltərənin 2-ci qolunu isə 21-ci dəqiqədə Harvi Elliot vurub.

Bu oyunda Əliyar Ağayevə yan xət hakimləri qismində Zeynal Zeynalovla Akif Əmirəli kömək ediblər. Ağayev matçda 1 sarı vərəqə göstərib. O, 74-cü dəqiqədə Eşli Koliyə (İngiltərə) xəbərdarlıq edib.

Qeyd edək ki, maksimum nəticə göstərən İngiltərə 9 xalla C qrupunun lider kimi tamamlayıb. Almaniya isə 1 xalla sonuncu olub. İkinci yeri 4 xalla İsrail yığması tutub. Çexiya isə 3 xalla üçüncü olub.

Qeyd edək ki, Əliyar Ağayev Gürcüstan və Rumıniyada təşkil olunan Avropa çempionatında daha əvvəl A qrupunda açılış matçını - Belçika - Niderland (0:0) oyununu idarə edib, C qrupunun 2-ci turunda isə Çexiya - Almaniya matçının (2:1) 4-cü hakimi olub.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28