9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

Debüt oyununda “Qarabağ”a qol vurmasını şərh etdi

“Ferensvaroş”un yeni transferi Barnabaş Varqa “Qarabağ”a qarşı yoxlama matçında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, bu, 28 yaşlı mərkəz hücumçusunun Budapeşt təmsilçisində ilk oyunu olub. Barqa debütünü qolla qeye dib. O, 3:3 hesabı ilə yekunlaşan görüşdə komandasının ilk qoluna imza atıb.

Futbolçu “Ferensvaroş”un saytına açıqlamasında vurduğu qol və oyunla bağlı təəssüratlarını bölüşüb:

“Hətta yoxlama oyununda olsa belə, qol vurmaq hücumçuya özünəinamı artırır. Şadam ki, “Ferensvaroş”da debüt matçımı çox gözləmədim. Azərbaycan çempionu ilə matçın yoxlama görüşü olmasına baxmayaraq, oyun yüksək səviyyədə keçdi. Azarkeşlər çoxlu qol görə bildilər. Biz də “Qarabağ” kimi daim Avropa kuboklarında oynayırıq. Odur ki, hiss edilirdi ki, bu matç tamamilə başqa səviyyədir”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31