7 Noyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Xarici futbol

Azərbaycanda işləmiş məşqçi “Redinq”in baş məşqçi təyin edildi

Çempionşipi tərk edən “Redinq”ə yeni baş məşqçi təyin olunub.

Futbolxeber.az saytının məlumatına görə, bu vəzifəyə ispaniyalı Ruben Selles gətirilib. 40 yaşlı mütəxəssis vəzifəsinin icrasına işçi vizası aldıqdan sonra başlayacaq. Selleslə müqavilənin detalları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Selles ötən mövsümün son 3 ayında İngiltərə Premyer Liqa təmsilçisi “Sauthempton”da baş məşqçi olub. Bu komanda yekunda APL-i tərk edib.

Xatırladaq ki, Selles 2012-14-cü illərdə “Neftçi”, 2015-17-ci illərdə isə “Qarabağ”da köməkçi-məşqçi kimi çalışıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30