6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Xarici futbol

Kannavaro: “Real” cavab oyununun favoritidi”

“Real”ın keçmiş müdafiəçisi Fabio Kannavaro Madrid klubunun Çempionlar Liqasında final oynamaq şansını dəyərləndirib.

Futbolxeber.az saytının AS-a istinadən verdiyi məlumata görə, veteran futbolçu “Kral klubu”nu “Mançester Siti” ilə cavab görüşünün favoriti qismində gördüyünü açıqlayıb:

“Bəli, “Real” yenə finalın bir addımlığındadı. İlk oyunda madridlilər yaxşı çıxış etdilər. İndi hər şey cavab görüşündə məlum olacaq. Mən “Real”ı yaxşı tanıyıram və bilirəm ki, onlar Mançesterə qələbə üçün yollanacaqlar. Cavab görüşünün favoriti “Real”dı. Məlumdu ki, bu mövsüm La Liqada işlər qaydasında getmədi. Ona görə də komandanın bütün ümidi Çempionlar Liqasınadı. Həm də özümüzü aldatmayaq, Çempionlar Liqası hər zaman ölkə çempionatından daha vacibdi”.

Xatırladaq ki, “Mançester Siti” - “Real” görüşü mayın 17-də keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30