2 Iyun 2025, Bazar ertəsi
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu

Xarici futbol

"Viktoriya"nın prezidenti “Qarabağ” üzərində qələbəni xatırladı

"Viktoriya"nın (Plzen, Çexiya) prezidenti Adolf Şadek Çempionlar Liqasının pley-off mərhələsində evdə "Qarabağ"a qalib gələrək (2:1) qrupa adladıqları oyunu xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, o, klub haqqında çəkilən "Qərbdən gələn möcüzə" sənədli filmində Ağdam təmsilçisi ilə görüş haqda deyib:

"Cavab oyununda “Qarabağ”a qalib gəldiyimiz və Çempionlar Liqasının qrupuna vəsiqə qazandığımız gün heç vaxt yadımdan çıxmayacaq. Bundan əlavə, həmin gün saat 16:00-da qızım dünyaya gəldi. O an düşündüm ki, axşamkı oyunda da bir yüksəliş olmalıdır. Komandamız isə hər şeyi yüksək səviyyədə etdi".

Xatırladaq ki, ÇL-in 2022-2023 mövsümünün Bakıda keçirilən ilk pley-off matçında qolsuz heç-heçə qeydə alınıb. Plzendə keçirilən cavab oyununda isə "Viktoriya" 2:1 hesablı qələbə qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30