10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Hamann məşqçi dəyişikliyinin “Bavariya”ya faydalı olmadığını düşünür

Almaniya milli komandasının sabiq üzvü Ditmar Hamann “Bavariya”dakı məşqçi dəyişikliyi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, veteran futbolçu “Bild”ə açıqlamasında Tomas Tuhelin Münhen klubuna gəlişinin faydalı olmadığını bildirib:

“Komanda inamsız görünürdü. Baş məşqçi dəyişikliyi də məhz bundan qaynaqlandı. O, komandaya sakitçilik və özünəinam qazandırmalı idi. Amma Tuhelin gəlişindən sonra 6-7 oyun geridə qalsa da, biz dəyişiklik görmürük. Hətta əksinə, vəziyyət daha da pisləşib. Buna görə də baş məşqçi dəyişikliyinin “Bavariya”ya faydalı olmadığını əminliklə söyləyə bilərəm”.

Xatırladaq ki, Tomas Tuhel bu ilin martında Yulian Nagelsmannı baş məşqçi vəzifəsində əvəzləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31