9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

Qvardiola: “Lester”ə uduzsaq, çempion olmayacağıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 31-ci turunda “Lester”ə qarşı keçiriləcək oyundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis bu matçın komandası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Stabillik uğurun girovudu. Cari mövsümdə çox yaxşı oyunlarımız olub. Amma stabillik çatışmır. Bunu etiraf etmək lazımdı. “Lester”lə görüşdə uduzsaq, titul barədə düşünməyə bilərik. Yox, əgər qalib gəlsək, o zaman “Arsenal”ı geridə qoymaq şansımız hələ də qalacaq. Onu da unutmayaq ki, biz cari mövsüm çox nadir hallarda səhvə yol verən komandadan 6 xal geri qalırıq”.

Qeyd edək ki, Qvardiolanın komandası “Lester”lə sabah üz-üzə gələcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31