19 Oktyabr 2025, Bazar günü
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Xarici futbol

De Byazi: “Napoli” Çempionlar Liqasının qalibi olmağa layiqdir”

Millimizin baş məşqçisi Canni De Byazi Çempionlar Liqasının 1/4 finalında "Milan" - "Napoli" ilk oyunu öncəsi fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis ÇL-in finalında ölkəsinin komandalarından birinin olacağına inandığını deyib: "Raspadori Osimhendən fərqli xüsusiyyətə malikdir, amma mən onun formada olduğunu düşünmürəm. Osimhensiz başqa "Napoli" olacaq. "Milan"ın futbolçusu Teo Hernandes çox tələbkar rəqibdir. Ona görə "Napoli"nin iki cinah oyunçusu yaxşı çıxış etməlidir. İtaliya komandasının finala çıxmaq şansı yüksəkdir. Amma bilmirəm ki, bu üç komandadan ("Milan", "Napoli", "İnter" - red) hansı uğur qazanacaq. "Napoli" Çempionlar Liqasının qalibi olmağa layiqdir. Onların İtaliya çempionatında "Milan"a 0:4 hesabı ilə uduzması Avropa yarışında "Napoli" üçün faydalı ola bilər. Əminəm ki, gözəl oyun keçəcək".

Qeyd edək ki, bu gün keçiriləcək "Milan" - "Napoli" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "İnter" dünən ÇL-də 1/4 finalın ilk oyununda səfərdə "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.       

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31