8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Ançelotti: “Benzema barədə narahat deyiləm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının üzvü Kərim Benzema barədə danışıb.

Futbolxeber.az saytının AS-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis hazırda fransız forvardın yaxşı formada olduğunu bildirib:  

“Hər oyunda yüksək performans nümayiş etdirmək mümkün deyil. Ona görə də Benzema ilə bağlı narahat deyiləm. Çünki görürəm ki, hazırda o, mövsümün birinci yarısı ilə müqayisədə daha yaxşı formadadı. “Real” hücumda yaxşı çıxış edir. Biz çempionatın ən məhsuldar komandasıyıq. Qol vurmaq baxımından hər hansı çətinliyimiz yoxdu. Belə olsaydı, “Liverpul” kimi komandaya 5 qol vura bilməzdik”.

Qeyd edək ki, Benzema cari mövsüm “Real”ın heyətində meydana çıxdığı 26 matçda 18 qol vurub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31