22 Mart 2026, Bazar günü
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Xarici futbol

Belçikanı Azərbaycan millisi ilə oyuna o çıxaracaq

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, komanda Domeniko Tedeskoya tapşırılıb.

İtaliyalı mütəxəssislə AVRO-2024-ün sonuna qədər müqavilə imzalanıb. O, bu postda 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinezi əvəzləyib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika seçməsi ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

Əlavə edək ki, Tedesko daha əvvəl Almaniyanın “Aue”, “Şalke”, “Leyptsiq” klublarında və Moskva “Spartak”ında çalışıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31