7 Fevral 2026, Şənbə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

Dünya çempionu qovuldu

Fabio Kannavaro “Benevento” klubunun baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi uğursuz nəticələr səbəbindən 49 yaşlı mütəxəssisi istefaya göndərib.

Belə ki, “Benevento” 23 turdan sonra B seriyasında 20 komanda arasında 19-cu yeri tutur.

Kannavaro ötən ilin sentyabrından komandanı çalışdırırdı.

“Benevento” 2006-cı ilin dünya çempionu ilə yanaşı, onun köməkçisi və qardaşı Paolo Kannavaronun da işinə son qoyub.

Xatırladaq ki, Fabio Kannavaro 2006-cı ildə dünya çempionu olmaqla yanaşı, həm də “Qızıl top”u qazanıb.

Adil ƏHMƏDOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28