4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

Alleqri dünya çempionatına qədər qovulmayacaq

“Yuventus” rəhbərliyi bu günlərdə baş məşqçi Massimiliano Alleqrini qovmağı planlaşdırmır.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssis ən azı noyabrda Qətərdə start götürəcək dünya çempionatına qədər klubdakı fəaliyyətini davam etdirəcək. Yalnız fasilə zamanı klub rəhbərliyi Alleqrinin işinə qiymət verəcək.

Qeyd edək ki, dünən Çempionlar Liqasının 5-ci turunda “Benfika”ya uduzan “Yuventus” son turun nəticəsindən asılı olmayaraq qrupda qalıb. Bununla da “Qoca Sinyora” 2014-cü ildən sonra ilk dəfə ÇL-in pley-off mərhələsində iştirak etməyəcək.

Bu səbəbdən də azarkeşlər Alleqrinin qovulmasını istəyirlər. Hətta təcrübəli mütəxəssisin gedişi üçün sosial şəbəkələrdə #AllegriOut həştəqi də yaradılıb.

Əlavə edək ki, A seriyasında “Yuventus” 11 turdan sonra 19 xalla 8-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28