28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Xarici futbol

İnyesta “Barselona”ya qayıtmaq istəyir

Andreas İnyesta yenidən “Barselona”ya qayıtmaq istəyir.

Futbolxeber.az saytının məlumatına görə, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda forma geyən 38 yaşlı yarımmüdafiəçi bununla bağlı deyib:

“Futbolçu kimi “Barselona”da dövranım artıq bitib. İndi fiziki cəhətdən güclü olan gənc futbolçularla rəqabət aparmağım mümkünsüzdü. Amma gələcəkdə Kataloniya klubuna məşqçi, yaxud idman direktoru kimi qayıtmaq arzusundayam. Təbii ki, nələrin olacağını zaman göstərəcək”.

Qeyd edək ki, İnyesta 2002-2018-ci illər aralığında “Barselona”nın formasını geyib. Bu müddətdə o, 9 dəfə İspaniya çempionatının, 6 dəfə ölkə kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

2018-ci ilin mayında İnyesta Yaponiyanın “Vissel Kobe” klubu ilə müqavilə imzalayıb. 3 illik sözləşməyə əsasən təcrübəli yarımmüdafiəçi 90 milyon avro qazanıb. Ötən il İnyesta Yaponiya klubu ilə müqaviləsini daha 2 illiyinə uzadıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31