28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Xarici futbol

"Qarabağ"ın rəqibi əlavə vaxtda sevindi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq" Almaniya kubokunda 1/8 finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, komanda 1/16 final mərhələsi çərçivəsində öz meydanında II Bundesliqa təmsilçisi "Sankt-Pauli" ilə qarşılaşıb.

Matçın gedişində hesabda geri düşən “Frayburq” Ginterin 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb. Əlavə vaxtın sonuna 1 dəqiqə qalmış isə Qreqoriçin qolu “Frayburq”a 2:1 hesablı qələbə ilə mərhələ adlayıb.

Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında 6-cı turun oyunu noyabrın 3-də Bakıda olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31