4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Xarici futbol

Mahirin komandasından gözlənilməz nəticə

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasında yeni mövsümün ilk matçına çıxıb. 

Futbolxeber.az saytının məlumatına görə, Zaqreb təmsilçisi 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə evdə üz-üzə gəlib. 

"Dinamo" cütün aşkar favoriti hesab olunsa da, görüş 2:2 hesabı ilə başa çatıb. Komandalar arasında cavab oyunu iyulun 26-sı Şimali Makedoniyada olacaq. 

Qeyd edək ki, Emreli zədə səbəbindən sözügedən görüşü buraxıb.

Əlavə edək ki, Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində sözügedən duelin zəifi ilə görüşəcək. Bu komandalar arasıdna ilk matçda bolqarlar 3 cavabsız qolla qələbə qazanıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31