27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Xarici futbol

İbrahimoviç: "Milan"da həm prezident, həm futbolçu, həm də baş məşqçiyəm"

"Mən ulduzam. Bu, sirr deyil. Yaş isə sadəcə, rəqəmdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının XXXI turunun "Yuventus"la ev oyunundan (4:2) sonra deyib.

İsveçli forvard əzmkar qələbəni belə şərh edib: “Yaxşı işləyir, özümü yaxşı hiss edirəm. Bu gün əvvəlki qarşılaşma ilə müqayisədə daha çox oynadım, komandama kömək etməyə çalışıram. Görək, növbəti mövsümdə də "Milan"da çıxış edəcəyəmmi? Həm prezident, həm oyunçu, həm də baş məşqçiyəm. Yeganə mənfisi odur ki, yalnız oynadığıma görə pul ödəyirlər. Mövsümün startından burada olsaydım, çempionluğu da qazanardıq".

Qeyd edək ki, Zlatan İbrahimoviç dünənki matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31