5 Avqust 2026, Çərşənbə
"Sumqayıt" braziliyalı yarımmüdafiəçi ilə gücləndi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Xarici futbol

Buffon “Yuventus”la müqaviləsini uzadır

Canluici Buffon “Yuventus”la yeni müqavilə imzalamağa razılıq verib.

Futbolxeber.az saytının “Tuttosport”a istinadən verdiyi məlumata görə, 42 yaşlı qolkiperin hazırkı sözləşməsi bu ilin 30 iyununda başa çatır. Bu səbəbdən də tərəflər müqavilənin daha 1 illiyə yenilənməsi barədə razılığa gəliblər.

Buffon Turin klubunun prezidenti Andrea Anyelli ilə danışığı zamanı hazırkı şərtlərdən razılığını ifadə edib. Bildirib ki, ən azı 43 yaşına kimi “Qoca Sinyora”nın şərəfini qoruyacaq.

Koronavirus pandemiyasına səbəbindən yaranmış fasilə bitdikdən sonra rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, cari mövsüm 11 oyunda meydana çıxan təcrübəli qolkiper 3 dəfə qapısını toxunulmaz saxlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31