3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Xarici futbol

Şeydayev sabiq klubuna qarşı oynaya bilmədi

Rusiya Premyer Liqasında 19-cu turun oyunlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, milli komandamzın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva “Dinamo”su səfərdə “Zenit”in qonağı olub. Son oyunlarda olduğu kimi, Şeydayev yetirməsi olduğu Sankt-Peterburq klubu ilə görüşü də sonakimi ehtiyat oyunçular skamyasından izləyib.

Qarşılaşma “Zenit”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da son 3 turda maksimum nəticə göstərən “Dinamo”nun qələbə seriyası qırılıb.

Ardıcıl 4-cü qələbəsini qazanan “Zenit” 45 xalla liderliyini möhkəmləndirib. “Dinamo” isə 24 xalla 7-ci yerdə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31