6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Xarici futbol

Ben Deyvis: “Azərbaycana qalib gəlməsək...”

“Beyl millidə oyuna çıxmağa hazırdır. Məşqlərdə iştirak edir. O, Uels üçün çox mühüm futbolçudur. Beyl həmişə yüksək xarakter və öz  keyfiyyətlərini göstərir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Uels millisinin üzvü Ben Deyvis “BBC Sport”a açıqlamasında deyib.

“Tottenhem”in müdafiəçisi Uelsin Avro-2020-nin seçmə mərhələsində keçirəcəyi son 2 oyunda şanslarını da dəyərləndirib:

“İstedadlı heyətə sahibik. Azarkeşlər bizdən çox şey gözləyir. Biz olduqca təmkinli davranmalıyıq. İlk olaraq Azərbaycanı səfərdə məğlub etməliyik. Sonuncu turda Macarıstanı məğlub edərək komandamızın final mərhələsinə adlaya biləcəyinə inanıram. Oyun planına uyğun hərəkət etməliyik. Şənbə günü Azərbaycana qalib gəlməsək, Macarıstanla matç heç bir əhəmiyyət daşımayacaq”.

Qeyd edək ki, noyabrın 16-sı “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30