28 Yanvar 2026, Çərşənbə
"Turan Tovuz" onunla vidalaşdı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır

Xarici futbol

“Azərbaycanlı futbolçular göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər”

“Xorvatiya ilə oyunda yaxşı nəticə qazansaq, bu, əla olacaq. Düşünürəm ki, futbolçular da səbirsizliklə matçı gözləyirlər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Polşanın “Zaqlebiye” klubunun slovakiyalı baş məşqçisi Martin Şevela ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, Slovakiyanın Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbayana qarşı keçirəcəkləri oyunlar haqda da danışıb:

“Xorvatiya ilə matçdakı uğurlu nəticədən sonra Azərbaycanla matça köklənməliyik. Bu, yığma qrupun autsayderidir və onların meydanında qalib gəlmişik. Lakin azərbaycanlı futbolçular da göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər. Ona görə də bu görüşə də şüurlu, düzgün yanaşmalıyıq”.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31