Xarici futbol
Alessandro Del Pyero: "Həyatda hər şey mümkündür, amma əsl sevgi daimidir"

İtaliya futbolunun canlı əfsanəsi Alessandor Del Pyero "La Gazetta Della Sport"a müsahibə verib. Avstraliyadakı həyatından danışan Aleks eləcə də "A" seriyasının yeni mövsümü haqda proqnozlarını açıqlayıb. Təcrübəli futbolçu bildirib ki, sabiq klubu "Yuventus" ardıcıl üçüncü mövsüm Skudettonu qazanacaq. Del Pyeronun müsahibəsini kiçik ixtisarla təqdim edirik:
- Bilirəm ki, atanıza çox bağlı insansınız. Buna görə də elə ilk növbədə soruşmaq istərdim, Avstraliyada olarkən yəqin ki, atanız Cinonun yoxluğunu hiss edirsiniz?
- Bəli, hiss edirəm. Ümumiyyətlə, atamın daim yanıma olmasını istərdim. Hər zaman onun yoxluğunu hiss edirəm. Bəzi anlarda atam tez-tez yadıma düşür. Bir müddət əvvəl sahildəki küçələrdən birinə mənim adımı verdilər. Bununla bağlı təşkil olunan mərasim zamanı həyatımın müxtəlif dövrlərini əsk etdirən fotolar nümayiş olundu. Orada isə atam yanımda yox idi. Buna görə çox təəəssüfləndim. İstərdim ki, belə gözəl anda o da yanımda olsun.
- Böyük oğlunuz Tobias hansı ölkəni daha çox bəyənir: İtaliyanı, yoxsa Avstraliyanı?
- Onun üçün ölkənin ciddi fərqi yoxdur. Çünki o hər şeydən çox oyanamağı sevir. Bu zaman isə məkanın elə də önəmi yoxdur. Məndən fərqli olaraq, oğlum o qədər də sakit deyil. Əlbəttə, hər şey insanın yaşından aslıdır. Zaman məni də dəyişib. İnanıram ki, eyni proses onun da həyatında baş verəcək. Amma qəlbimin dərinliyində mən hələ də nadinc oğlanam.
- Sidneydə keçirdiyiniz təlim-məşq toplanışı bir qədər fərqli alındı. O mənada ki, hazırlıq prosesinə həm italyan peşəkarlığı - yəni, gündə 2 dəfə məşq, hər bir xırda detalla xüsusi diqqət, eləcə də Avstraliya mentaliteti - ekskursiya, əyləncəli anlar - daxil idi. İtaliyada bu cür hal mümkündür?
- Düşünürəm ki, mümkündür. Amma bu cür hala top-klublarda rast gəlməyimiz çətin məsələdir. Çünki onlar hər mövsümə adət etdikləri şəkildə hazırlaşır. Yeni mövsüm öncəsi çətin ki əyləncə kiminsə yadına düşsün. Lakin aşağı divizion klublarından hər şey ola bilər. Mən gənc məşqçilərə inanıram.
- İtaliyalılarla avstraliyalıların mentalitetləri çox fərqlənir, yoxsa hansısa oxşarlıqlar var?
- Təbii ki, oxşar cəhətlər az da olsa, tapmaq mümkündür. Amma ümumi götürdükdə, 2 millət bir-birindən çox fərqlənir. Avstraliyalıları mən daha çox ingilislərə bənzədirəm. Çünki hər iki ölkədə kobudluq etsən belə, ciddi şəkildə narazılıqla qarşılanmırsan. Amma İtaliyada vəziyyət bir qədər fərqlidir. Bizdə hətta adi künc zərbəsini yerinə yetirilərkən belə, görürsəın ki cərimə meydançasında qarşıdurma yaranır. Taktiki cəhətdən, etiraf edirəm ki Avstraliyada futbolçular çox zəif hazırlaşdırılılar. Həm də burada gənclər komandaları yox səviyyəsindədir.
- Yeni mövsümdə də 1 il əvvəl olduğu kimi kapitanlıq sarğısından imtina edəcəksən? Yoxsa bu dəfə "Sidney" meydana məhz sənin arxanca çıxacaq?
- Komanda yoldaşlarım mənim kapitan olmağımı istəyirlər. Mən də daim kollektivin fikrini dəstəkləyən insan olmuşam. Sarğı rəsmən mənə etibar edilsə, bundan yalnız şad ola bilərəm. Amma burada hər kəsin fikrini bilməliyəm. Çünki məsuliyyət daşıyacağamsa, bunun üçün hamını razılığı olmalıdır. Bununla belə kapitan olsam da, yenə heç nə dəyişməyəcək. Əvvəlki kimi komandamın uğuru üçün əlimdən gələni edəcəyəm.
- İtaliya futbolunun inkişafına nə mane olur? Köhnəlmiş fikirlər, ya acı həqiqətlər?
- İtaliya futbolunda ciddi problemlər var. Baxın. 15 ildə İngiltərə futbolu hansı uğurlara imza atıb? Ya da almanlar son illərdə nəyə nail olublar? Onlar yeni stadionlar tikir, eləcə də köhnələri yeniləyirlər. İnfrastruktura ciddi fikir verirlər. Amma digər ölkələrdə vəziyyət belə deyil. Kifayət qədər problemlər var. "Reyncers"ə diqqət yetirək. Klubun möhtəşəm tarixi olsa da, komanda gözlənilmədən müflis oldu və indi hər şeyə sıfırdan başlayırlar. Hətta 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatı da ölkəyə ciddi fayda vermədi. İtaliya futbolunda redikal dəyişikliklərə ehtiyac var.
- Deyirlər ki, karyeranı bitirib-bitirməmək haqda dekabrda qərar qəbul edəcəksən. Bu, düzdür?
- Mən demişdim ki, yeni il bayramından sonra bu haqda qərar qəbul edəcəyəm. Həmin tarixdən növbəti mövsümün startına qədər isə xeyli vaxt var. Cari mövsüm başa çatsın, daha sonra il də oynayıb-oynamayacağım haqda götür-qoy edəcəyəm. Amma ola bilər ki yekun qərarı elə qışda da qəbul edim. Bunu istisna etmirəm.
- Qəlbivin səsinə qulaq asacaqsan, yoxsa hər şey fiziki durumundan asılı olacaq?
- Bu qərarı qəbul edərkən bütün faktorları nəzərə alacağam.
- "Yuventus"u tərk edərkən, hansısa səhvə yol verdiyini düşünmürsən?
- Yox, bu barədə heç başımı sındırmıram da.
- Sənin gedişindən sonra Del Pyeronun fanatları ilə Del Pyeroya qarşı çıxanlar arasında müharibə başladı. Bundan qaçmaq olmazdı?
- Burada xeyli nüans var. Söhbət sağalmaz xəstəlikdən gedir. Bu xəstəliyin isə fəsadları qaçılmazdı. Amma mən azarkeşləri ikiyə bölmək istəmirəm. "Yuventus"da məni dəstəkləyənlər, bu gün "Sidney"ə də azarkeşlik edə bilərlər.
- Tevez 10 nömrəyə sahib çıxdı. Vidal isə bəyan etdi ki "bu mayka əbədi olaraq Alessandroya məxsus olacaq". "Yuventus"un köhnə futbolçularından heç kim 10 nəmrəni götürmək istəmirdi...
- Bu, komanda yoldaşlarımdan ala biləcəyim ən gözəl hədiyyədir. Mən Vidala, Pirloya, Markizioya, Buffona, bir sözlə komandanın bütün futbolçularına minnətdaram. Onların addımından xəbər tutarkən çox sevindim.
- "Yuventus"la birgə ardıcıl 2 dəfə 2 il ard-arda Skudettonu qazanmasınız. Amma hər iki halda da ardıcıl çempionluq sayını 3-ə çatdıra bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?
- Mən "Yuventus"da forma geyərkən daim bizim məqsədimiz həm də Çempionlar Liqasını qazanmaq idi. Bu isə əlavə təzyiq, daha çox enerji sərfiyyatıdır. Həmçinin o vaxt bizim ehtiyat oyunçular skamyasımız indiki kimi geniş deyildi. İndi hər şey bizim vaxtımızdakından tam fərqlidir. Hazırda komandada hər mövqeyə iki bərabər futbolçu var. Kontenin əlinin altında indi 6 hücumçu şans gözləyir. Uzun sözün qısası, seçim şansı genişdir. İndiki "Yuventus" problemsiz olaraq həm ardıcıl üçün Skudetto, həm də Çempionlar Liqasında qələbə uğrunda mübarizə apara bilər. Mən "Yuventus"da çıxış edərkən, elə olurdu ki bir oyundan digərinə bərpa olunmağa belə vaxtımız qalmırdı.
- Bir neçə gün əvvəl İtaliya millisinin futbolçuları və məşqçilər korpusu Roma Papası ilə görüşdülər. Görüşün sonunda isə o futbolçulara belə dedi: "Siz hər şeydən öncə insansınız, sonr isə futbolçu".
- Yeni Roma Papası tez bir zamanda insanların hörmətini qazandı. Ətrafındakılar ona böyük hörmət və sevgi ilə yanaşırlar. O, insanlarda çox gözəl təəssürat oyadır.
- İnanclı insansan?
- Mən insanlara köməy etməyi sevən insanlara inanıram. Papa Fransisk kimi.
- Kiçik bir test. Sən "Sidney"dəsən və eyni zamanda "Yuventus" - "Milan", "Real" - "Barselona", "Mançester Yunayted" - "Çelsi", "Bavariya" - "Borussiya" və "Monako" - PSJ görüşləri keçirilir. Bu oyunlardan hansına canlı baxarsan, hansını sonradan baxmaq üçün diskə köçürərsən və hansı matçların sənin üçün yalnız nəticəsi maraqlıdır?
- Belə bir hal baş versə, mən 3 televizorun qarşısında əyləşərəm. Yanımda da 2 videomaqnitafon olmalıdır. Bu cür oyunlara mütləq baxmaq lazımdır. Çünki bu halda klubların inkişaf edib-etmədiklərini də müəyyənlışdirmək mümkündür. "Borussiya"nı çox bəyənirəm. Xüsusən də komandanın azarkeşlərinə heyranam. Çünki komanda Bundesliqada qalmaq uğrunda mübarizə aparanda belə, Avropanın ən çox azarkeş toplayan 3 klubundan biri idi.
- Messi və ya Ronaldo ilə birgə oynamaq sənə xoş olardı?
- Yəqin ki. Leo ilə biz demək olar ki eyni boydayıq. Əlbəttə, Kriştianu da möhtəşəm futbolçudur.
- Karyeran ərzində neçə dəfə maska taxmaq məcburiyyətində qalmısan?
- Belə hallar elə də çox olmayıb.
- Sənin haqqında danışarkən deyirlər ki, Aleks bütün işlərini əvvəldən planlaşdırır.
- Hə, düzdür. Amma hərdən elə hallar olur ki, insan planlarından vaz keçmək məcburiyyətində qalır. Hər zaman hər işi istədiyin vaxtda görmək qeyri-mümkündür. Mənim də çatışmayan cəhətlərim var. Uşaq vaxtından mənim futbola böyük həvəsim olub. Öz ideallarımın oyununa xüsusi diqqət yetirirdim. İndi də özümü onlar kimi aparmağa çalışıram. İnsanın qarşısında ciddi hədəf dayanırsan, o zaman olduğun kimi qalmaq çətindir. Amma onu da dərk edirəm ki, bir çox insanlar mənim davranışıma fikir verirlər. Xüsusən də az yaşlı oğlanlar. Necə ki bir vaxtlar mən başqalarına diqqət yetirirdim. Bu. böyük məsuliyyətdir və mən məsuliyyətimi dərk edirəm.
- Bir neçə gün əvvəl redaksiyamızda əməlli-başdı mübahisə düşdü. Hansı oyunçu daha möhtəşəmdir: Bacco, Totti, ya Del Pyero? Sən bu haqda nə deyə bilərsən?
- Əgər, sizin mübahisənizdə bizim üçümüzün də adı hallanıbsa, deməli üçümüz də qalibik. Hər üçümüzün də ayrı taleyimiz, aydı yollarımız var. Eləcə də mübahisə etməmişdən öncə "möhtəşəm" deyərkən konkret olaraq nəyi nəzərdə tutursunuz, bax, bunu müəyyənləşdirmək lazımdır.
- Onda soruşum - idmanda möhtəşəm olmaq nə deməkdir?
- Ən vacibi tarix yazmaqdır. Ən böyük mükafat isə milyonların sevgisini qazanmaqdı. İstənilən idmançı üçün bundan böyük uğur yoxdu. Ürəklərə yol tapmısansa, deməli sevilirsən. İnsan komandasını, formasını, ölkəsini dəyişə bilər. Amma insanlar yenə də onu sevəcəklər. Həyatda hər şey mümkündür, amma əsl sevgi daimidir.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” yay üçün ilk transferini reallaşdırır - EKSKLÜZİV
- Düzgün təməlin bəhrəsi
- “Onsuz da “Neftçi” ilə oyunun nəticəsinə əsasən istefa qərarı qəbul olunmuşdu”
- Media sektor, yoxsa karvansara?
- “Neftçi”nin əməkdaşının vurduğu qol II Liqada ayın ən yaxşısı seçildi
- “Qızılgül müharibəsi”
- “Neftçi” - “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarıldı
- Cavid Hüseynovun bəhanələri
- “Neftçi”nin sabiq baş məşqçisindən gözlənilməz ayrılıq
- Kadi “Turan Tovuz”un qapıçısından üzr istəyib: “O dedi, mən dedim...”
- “Neftçi”yə qarşı ikili standart
- “Birbaşa”nın təsisçisi bugünkü finaldan danışdı: “Zirə”ni favorit görürəm”
- “Turan Tovuz”un əsas korpus binasının açılışı keçirilir
- “Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar
- Belarus millisi Bakıya darmağınla gəlir
-
11:36
"Qarabağ" rəsmisi Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib
-
11:22
ETOPAZ-da rekord qazanc: Bir kuponda 167 min manat uduş!
-
10:17
AFFA-nın bir illik faliyyəti - sıfır!
-
10:05
Türkiyə kubokunda ilk yarımfinalçı müəyyənləşdi VİDEO
-
09:53
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
09:41
"Real" istəyinə əlavə vaxtda çatdı VİDEO
-
09:29
Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürür
-
21:26
"Şahdağ Qusar" sonda sevindi VİDEO
-
20:54
“Xəyallarımızı gerçəkləşdirmək üçün mübarizə aparacağıq”
-
19:31
"Şəmkir"in qələbəsi VİDEO
-
18:48
II Liqada XIX tura start verildi
-
17:19
Azərbaycanın klubunda yeni baş məşqçi
-
17:00
Millimizin hücumçusu: “Ayxan Abbasovun ilk tələbi vətənpərvərlik oldu”
-
16:25
Litva - Azərbaycan oyununu avstriyalı hakim idarə edəcək
-
15:53
Müntəzəm mövsümdə sonuncu tura start verilib
-
15:37
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
-
15:12
Qurban Qurbanov bu siyahıda dünyada ikincidir
-
14:44
Zümrüd Ağayeva UEFA-dan təyinat alıb
-
14:06
Azərbaycan millisi toplanışın növbəti mərhələsinə start verib
-
13:21
AFFA 5 klubu cərimələdi
-
12:59
Bədii gimnastika üzrə Bakı birinciliyi keçiriləcək
-
12:38
AMADA rəsmiləri WADA-nın 2025-ci il üçün simpoziumunda iştirak ediblər
-
12:15
Gimnaziadada Azərbaycanı 192 idmançı təmsil edəcək
-
11:53
Millimizin üzvü: “Bizə yaxşı mənada dərs oldu”
-
11:27
“Neftçi”, sabaha saxlama!
-
11:04
Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
-
10:46
Kubok üçün hakim təyinatları
-
10:12
"Başakşehir"dən səfər qələbəsi VİDEO
-
09:51
Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
-
09:30
"Latsio" öz meydanında büdrədi VİDEO
-
18:31
FİDE reytinqi: Məmmədyarovla 2, Rəcəbov 4 pillə gerilədi
-
18:24
Nümunəvi davranışları ilə seçilən futbolçulara Fəxri Fərmanlar təqdim olunub FOTOLENT
-
15:00
“Neftçi”dən azarkeşlərə jest: Kubok oyunu üçün biletlərə endirim edildi
-
14:53
Dmitro Litvin: “Çıxış yolumuz yoxdur, sona qədər vuruşacağıq”
-
13:48
“Neftçi”nin kubok oyununun biletləri satışda
-
13:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
"Mançester Siti" yarımfinala yüksəldi VİDEO
-
12:39
2025-ci ilin ən məhsuldar turu
-
12:06
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:43
400-cü dəfə 3:0
-
11:25
Rafael Utziq: “Zərbəmdən sonra topun qapı xəttini keçdiyini görmüşdüm”
-
10:54
"İnter" "Udineze"ni məğlub etdi VİDEO
-
10:31
Qadın şahmatçılarımız Avropa çempionatında mübarizə aparacaqlar
-
10:18
"Barselona"dan 4 qollu qələbə VİDEO
-
10:02
Emil oynadı, komandası darmadağın oldu
-
09:47
"Milan" "Napoli"yə uduzdu VİDEO
-
21:24
"Zirə" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:35
Rəşad Sadıqov: “Bu gün 3 xal qazanmağımız olduqca önəmli idi”
-
20:18
“Şamaxı”nın məşqçisi: “Məğlubiyyətimizin U-21-lə heç bir əlaqəsi yoxdur”
-
19:56
“Zirə” “Şamaxı”ya qalib gəldi
02.04.2025
01.04.2025
31.03.2025
30.03.2025
Arxiv
Aprel 2025 |
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
01 | 02 | 03 | 04 | 05 | 06 | |
07 | 08 | 09 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | ||||