6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

"Çelsi"də yeni baş məşqçi təyinatı

Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi rəsmən bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. Bundan əlavə, Klod Makelele və akademiya məşqçisi Co Edvards da Lempardın məşqçi kollektivində çalışacaq.
 
"Çelsi" Lempardın son çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyib. Frenk Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31