8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Xarici futbol

"Real"dan son 23 mövsümdə ilk dəfə böyük hesablı 5 məğlubiyyət

"Real" son 23 ildə ilk dəfə mövsüm ərzində böyük hesablı 5 məğlubiyyətlə üzləşib. 
 
Futbolxeber.az saytının məlumatına görə, antiyubiley göstərici ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Barselona"ya 0:3 hesablı ev məğlubiyyətindən sonra gerçəkləşib.
 
Daha əvvəl "kral klubu" Çempionlar Liqasının qrup mərhələsində Rusiya MOİK-inə, La Liqada isə "Eybar" və "Sevilya"ya belə hesabla uduzub.
 
"Barselona" ilə çempionat qarşılaşmasında isə fərq daha böyük olub - 1:5. Sonuncu dəfə bu cür seriya 1995-1996 mövsümündə yaşanıb. 
 
"Real" İspaniya Kubokundakı son 5 matçda qalib gələ bilməyib. "Kral klubu" 3 heç-heçə, 2 məğlubiyyətlə üzləşib. Sonuncu dəfə paytaxt təmsilçisi Kataloniya komandasına 1996-1997 mövsümündə 1/4 finalda qalib gəlib - 2:0. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31